Əfran da İstanbula yollandı

single-news
27 Yan 2012

Əfran da İstanbula yollandı



`Qarabağ`ımızda dizindən zədələnən  Qara Qarayevin müalicə olunması üçün  İstanbula yola salındığını xəbər vermişdik.  Artıq daha bir futbolçumuz Türkiyənin ən böyük şəhərinə yollanıb. Komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov da İstanbulda bərpa və gücləndirici çalışmalar yerinə yetirəcək.  Amma Qaradan fərqli olaraq Əfranın səfəri daha qısa olacaq. 3 gün həkim nəzarəti altında xüsusi çalışma yerinə yetirəcək 23 yaşlı futbolçu yenidən komandamızın düşərgəsinə dönəcək. Əfranın Yanvarın 31-də  `Petrolul Ploiesti`lə keçiriləcək yoxlama oyununa yetişəcəyi gözlənilir. 

Paylaş

// pop up