Əfran dekabrın ən yaxşısıdır

single-news
18 Fev 2010

Əfran dekabrın ən yaxşısıdır



`Qarabağ`ımızın gənc üzvü Əfran İsmayılov dekabrın ayının ən yaxşısı seçilib. Premyerliqanın rəsmi sponsoru Unibank və  Peşəkar Futbol Liqasının Premyer Liqada mübarizə aparan 12 klubun və 30 kütləvi informasiya vasitəsinin nümayəndəsi iştirak edib. Sorğuya qatılan respondentlərin 80 faizdən çoxu Əfranı birinci yerdə görüb. 22 yaşlı hücumameylli yarımmüdafiəçimiz dekabr ayında `Qarabağ`ımızın keçirdiyi 5 oyunun hamısında start heyətində meydana çıxıb və 1 qol vurub.

`Qarabağ`ımızın gənc üzvü bir neçə gün öncə başarılı oyunuyla millinin baş  məşqçisi Berti Foqtsun da diqqətini cəlb etmiş və ölkənin əsas komandasına dəvət olunmuşdu.

 

Paylaş

// pop up