Əfran Fevralın ən yaxşısıdır
Əfran Fevralın ən yaxşısıdır
Peşəkar Futbol Liqası və premyerliqanın baş sponsoru Unibankın təşkil etdiyi ənənəvi ayın sorğusu naminasiyasında Fevral ayının qalıbı məlum olub. Bankın mərkəzi ofisində Fevralın ən yaxşısı açıqlanıb. Fevralda keçirdiyi bütün oyunlarda qələbə qazanan `Qarabağ`ımızın hansısa üzvününü mükafat çıxacağı gözlənirdisə mükafat komandamızın sağ cinah yarımmüdafiəçisi Əfran İsmayılov oldu. Tədbirdə 24 yaşlı yarımmüdafiəçiyə baş sponsor tərəfindən 1111 manat pul mükafatı təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra İsmayılov ilin futbolçusu olmağa çalışacağını bildirib: `Açığı, qalib olacağımı gözləmirdim.Daha doğrusu bu barədə fikirləşməyə vaxt yox idi. 3 gündən bir oyuna çıxırıq. İşimiz futbol oynamaqdır. Hazırda bütün diqqətimizi ölkə çempionatı və kubok mübarizəsinə yönəltmişik. Sağ olsunlar ki, belə nominasiya təsis ediblər. Bu addım insanı daha da stimullaşdırır`.
Əfran `Qarabağ`ın çempionluğu barədə hələ düşünmədiyini də söyləyib: `Qarşıda çətin oyunlar var. Hələ çempionluq barədə düşünmürük. Sona ən azı 3 tur qalmış bu barədə fikirləşmək olar. Hədəflərə doğru yavaş-yavaş irəliləmək lazımdır.`
İsmayılov hər bir müdafiəçiyə qarşı oynamağın çətin olduğunu da vurğulayıb.
Qeyd edək ki, `ayın futbolçusu` sorğusunda Unibank Premyer Liqasının 12 klubu və 33 KİV nümayəndəsi iştirak edib. Respondentlər ilk dəfə 16 namizəd irəli sürüblər. İsmayılovun namizədliyini jurnalistlərin 33 faizi dəstəkləyib. 24 yaşlı yarımmüdafiəçi baş məşqçilər və komanda kapitanları arasında 22 mümkün səsdən 6-nı qazanıb.
