Əfran geri döndü
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
2 Fev 2012
Əfran geri döndü
`Qarabağ`ımızın yarımmüdafiəçisi Əfran İsmayılovun İstanbula müayinəyə getdiyini xəbər vermişdik. Adı çəkilən şəhərdə xüsusi müayinə prosesi keçən 23 yaşlı futbolçu artıq Antalyaya dönərək komandamızın düşərgəsinə qoşulub. İsmayılov saytımıza durumunu dəyərləndirib:` Əslində elə bir ciddi durum yox idi. Şükürlər olsun ki, zədəylə bağlı problemim yoxdu. Müalicə daha çox qüvvətləndirici xarakterli idi. Əməliyyat olunan sağ dizimdə xüsusi gücləndirici proqram tətbiq olundu. Çox faydalı olduğuna inanıram. İnaşallah, komandamızın məşqlərinə qatılıb çalışmalarda iştirak etməyimdə heç bir problem yoxdu. Baş məşqçimiz şans verəcəyi təqdirdə `Vit-Corciya` ilə hazırlıq matçında meydana çıxa bilərəm. `