Əfran İsmayılov:` Belə oyunlarımız çox olub`

single-news
8 Dek 2011

Əfran İsmayılov:` Belə oyunlarımız çox olub`



`Qarabağ`ımız Dekabrın 10-nunda `Xəzər-Lənkəran`ın qonağı olacaq. Üst pillələri ilgiləndirən mücadilə üçün artıq komandamız bu gün Lənkərana yollanır. `Qarabağ`ımızın oyunöncəsi əhval-ruhuyyəsini öyrənmək üçün son oyunlarda ayağı `açılan` Əfran İsmayılova tribuna vermək qərarına gəldik. İsmayılov `Xəzər-Lənkəran`la oyunu və çempionatı dəyərləndirdi:`Bilirik ki, `Xəzər-Lənkəran`la oyun ağır olacaq. Hər zaman bizim onlarla oyunumuz gərgin keçir. Çalışacağıq ki, öz oyunumuzu göstərək. Rəqibdə baş məşqçinin dəyişməsi belə baxanda bizim əleyhimizədi. Indi bütün futbolçular özlərini çalışdırıcılarına  göstərmək üçün dəridən-qabıqdan çıxacaqlar. Üstəlik, Cüneyt Biçər `Bakı`nın başındaykən bizə Quzanlıda ilk məğlubiyyətimizi yaşatmışdı. Bu amilləri nəzərə alsaq oyununu çətin olacağını söyləmək olar.`
Əfranın  oyunun azarkeşsiz keçirilməsinə də münasibət bildirdi:`Şəxsən mənim üçün dolu tribunalar qarşısında oynamaq daha asandı. Məndən olsa azarkeşlərin önündə oynamaq istərdim. Azarkeş olanda onların təzyiqi və ya dəstəyi ilə oyun daha sürətli keçir, həm də motivasiyan yüksək olur. Amma qismət də yəqin bu da varmış. Bizi hazırda `Xəzər-Lənkəran`dan 4 xal ayırır. Qələbə qazanacağımız təqdirdə  xal fərqinin azalması bizə heç də təzyiq yaratmır. Çünki, belə oyunlarımız çox olub və yenə də olacaq. Biz sadəcə öz oyunumuzu göstərməliyik`.
Əfran son oyunlarda fərqlənməklə ondan gözlənilən `forma`ya qayıdırmı:`Vallah, nə deyim? Deməzdim ki, qol vurmaqla hər şey düzəlir. Mənim keçirdiyim zədə futbolda ən ağır zədələrdən sayılır. Əsas odur ki, onun fəsadlarından qurtardım. Mən heç vaxt özüm üçün oynamağa çalışmamışam. Düzdü, topla oynamağı sevirəm. Amma həmişə komandam üçün faydalı olanı etməyə çalışmışam`.

Paylaş

// pop up