Əfran İsmayılov ən yaxşı oyunçu seçildi və 1111 AZN irəli düşdü (korner.az)
19 Fev 2010
Əfran İsmayılov ən yaxşı oyunçu seçildi və 1111 AZN irəli düşdü (korner.az)
Premyer Liqanın 2009-cu il dekabr ayı üçün ən yaxşı futbolçusu müəyyənləşib. “Korner.az” xəbər verir ki, Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının birgə keçirdiyi sorğuda yığmamızın və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov birinci yeri tutub. 22 yaşlı müdafiəçi 42 respondent arasında təşkil olunan səsvermədə təxminən 80 faiz səs toplayıb. Sorğuda 12 klub və 30 KİV nümayəndəsi iştirak edib.
Sonda onu da vurğulayaq ki, Əfran dekabrın ən yaxşı oyunçusu seçildiyinə görə mükafat olaraq 1111 AZN qazanıb