Əfran İsmayılov:` Heç kim mənim kimi məyus ola bilməz`

single-news
5 May 2010

Əfran İsmayılov:` Heç kim mənim kimi məyus ola bilməz`



Məlum olduğu kimi cari mövsüm Azərbaycan premyerliqasının tapıntısı olan Əfran İsmayılov zədə üzündən mövsümü bitirib. Rəşad Sadiqovun ardından Əfranın da sıradan çıxması  komandamızda son 2 matça tam heyətlə çıxa bilməməsinə səbəb olacaq. Əfranın son durumu haqda futbolçu özü məlumat verəcək.:` Həqiqətən də, bəlkə də heç kim komandadan belə bir məqamda ayrı qaldığıma görə mənim qədər üzülməz. `İnter`lə qələbədən sonra çox ümidlənmişdik. Komandama yardımçı olmaq istəyirdim. Bu zədə heç yerinə düşmədi. Nə etmək olar? İnanıram ki, mənim mövqeyimdə oynayacaq futbolçu daha yaxşı çıxış edəcək. Bizim komandada hər zaman hamı bir-biri üçün döyüşüb. Özüm meydanda olmasam da bütün varlığımla komandanın yanında olacam. Zədəm həqiqətən ciddidi. Həkim dedi ki, ayağım 4 həftə gibsdə qalmalıdı. 1 aydan sonra yüngül qaçışa başlaya bilərəm. Belədə tam sağalmağım üçün ayyarım vaxt lazımdı. İnşallah, avrokuboklara qədər tam sağalaram. Komandama avrokuboklarda xeyir vermək üçün daha səylə çalışacam.`

Paylaş

// pop up