Əfran ismayılov millidən uzaqlaşdırıldı
5 Okt 2012
Əfran ismayılov millidən uzaqlaşdırıldı
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə açıqlanan heyətində dəyişiklik baş verib. Millimizin baş məşqçisi Berti Foqts 2 yarımmüdafiəçi – Əfran İsmayılovla (`Qarabağ`) Cavid İmamverdiyevi (`Neftçi`) zədəli olduqları üçün heyətdən kənarlaşdırıb. `Turan`la oyunda zədələnən Əfranın sağalması üçün 2 həftəyə ehtiyacı var.
Bu gün Bakıda təlim-məşq toplanışına başlayan millimiz oktyabrın 13-dək orada hazırlıq keçəcək.
