Əfran İsmayılov: `Ola bilsin Türkiyəyə yollandım.`

single-news
12 Okt 2012

Əfran İsmayılov: `Ola bilsin Türkiyəyə yollandım.`



`Bakı`yla oyunun hazırlıqlarını gündə 2 məşqlə davam etdirən komandamız Əfran İsmayılovun xidmətindən məhrumdur. Zədə səbəbindən millinin də düşərgəsinə qoşula bilməyən 24 yaşlı yarımmüdafiəçi saytımıza son durumu dəyərləndirib:` Zədə əməliyyat olunan ayağımdadı.  Ağrılarım əməlli-başlı azalıb.  Amma risk etmək qorxuludur. Zədə daha da ağırlaşa bilər. Ola bilsin gələn həftə Türkiyəyə yollandım. Orda 1 günlük müyainə olunacam. Çalışcam ki, ən qısa zamana hazır olum.`
Əfran eyni zamanda çempionatı da dəyərləndirib:`
Təbii ki, heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi. `Simurq`un lider olması, `Sumqayıt`ın iddialılar üzərindəki qələbələri maraqlı idi. Çempionatda fasilələr yaransa da yarışa maraq azalmır. `Qarabağ`a gəlincə, mövqeyimizdən həm razıyam, həm də yox. 2-ci yer hələ ki pis olmasa da, daha çox xal toplaya bilərdik. Çempionluğa oynayan komanda mümkün qədər az xal itirməlidi. Amma gedişat onu göstərir ki, belə oyunlar çox olacaq. Hər tur gözlənilməz nəticələr qeydə alına bilər.  Hər oyunda xalın belə əhəmiyyəti böyük olacaq. İnanıram ki, daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik`.

Paylaş

// pop up