Əfran İsmayılov tarixə düşdü (apasport.az)

single-news
23 İyl 2010

Əfran İsmayılov tarixə düşdü (apasport.az)





Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Portadaun” oyunu rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya təmsilçisinin qapısına yol tapan Əfran İsmayılov cari mövsümdə avrokuboklarda 4-cü qolunu vurub. Bununla, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan klublarının heyətində çıxış edən futbolçuları üçün rekord olan göstəricini təkrarlayıb.

İndiyədək yalnız iki futbolçu qitə turnirlərində bir mövsümə 4 qol vurmuşdu. 2000/01 mövsümündə “Şəmkir”in gürcüstanlı hücumçusu Badri Kvaratsxeliya, ötən il isə “Bakı”nın braziliyalı legioneri Feliks Felipe Almeyda buna nail olmuşdu. Onların hər ikisinin əcnəbi olduğunu nəzərə alsaq, İsmayılov avrokuboklarda 1 mövsümə ən çox qol vuran azərbaycanlı futbolçu kimi tarixə düşdü.

Əfran qitə kuboklarında vurulan ümumi qolların sayına görə isə yalnız komanda yoldaşı Rəşad Sadıqovdan geri qalır. 28 yaşlı müdafiəçinin ayrı-ayrı mövsümlərdə vurduğu qolların sayı 5-ə bərabərdir. İsmayılovun ona çatması üçün III təsnifat mərhələsində bir dəfə fərqlənməsi kifayətdir.

Qeyd edək ki, “Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi Polşanın “Visla” klubudur

Paylaş

// pop up