Əfran İsmayılov:`3 xala daha çox ehtiyacımız var`

single-news
14 Sen 2011

Əfran İsmayılov:`3 xala daha çox ehtiyacımız var`



`Qarabağ`ımız şənbə günü `Xəzər-Lənkəran`la qarşılaşacaq. Çempionatın liderinə qarşı  komandamız hazırlıqlarını oyunun keçiriləcəyi Suraxanı qəsəbə stadionunda davam etdirir. Komandamız  sadəcə zədəli Zaur və Eminin xidmətindən yararlana bilmir. Komandamızın milli üzvlərindən olan Əfran İsmayılov cənublularla oyun haqqında belə düşünür:`Olduqca çətin oyun olacaq. `Xəzər-Lənkəran` çempionatın lideridir. Cənublular bu il digər komandalara baxanda daha yaxşı təsir bağışlayırlar. Amma biz də qələbə qazanmalıyıq. Son 2 oyunda xal itirdiyimizə görə 3 xala daha çox ehtiyacımız var. Öz meydançamızda oynmağımızdan yararlanmalıyıq. Hədəfimiz sadəcə qələbədir. Məşqlərdə səylə çalışırıq.  Uduzsaq rəqib bizdən xeyli aralanacaq. Bu istər-istəməz təzyiq yaradır. Amma bu futboldu. İstənilən nəticə qeydə alına bilər. Amma biz meydana 3 xal üçün çıxacağıq. `X-L`-lə oyunlarımız həmişə maraqlı alınıb. Bu dəfə də azarkeşlərin xoş futbol izləyəcəyini düşünürəm. Ancaq,  inanıram ki, sonda sevinən tərəf `Qarabağ` olacaq. `

Paylaş

// pop up