Əfran İsmayılov:`...`Banqa` ilə oyunda meydana çıxmaq istəyirəm`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
25 İyn 2011
Əfran İsmayılov:`...`Banqa` ilə oyunda meydana çıxmaq istəyirəm`
`Qarabağ`ımız Türkiyədə hazırlıqlarını davam etdirir. Dünən axşam çalışması zamanı komandamızdan Əfran İsmayılov məşqi yarımçıq buraxmalı oldu. Topuğunda ağrı hiss edən Əfran İsmayılov dərhal Ankaraya həkim müayinəsinə aparılıb. 22 yaşlı yarımmüdafiəçinin `MR`ı çəkilib. Müayinədən sonra Əfranın bir neçə gün məşq etməyəcəyi məlum olub. Amma İsmayılovun `Banqa` ilə ilk oyunda meydana çıxması ehtimalı yüksəkdir. Əfran saytımıza son durumu dəyərləndirib:` Məşq zamanı qaçanda topuğumda müəyyən ağrılar hiss etdim. Ayağımı yerə basanda daha çox hiss olunurdu. Amma şükür Allaha ki, müayinə zamanı ciddi bir çey çıxmadı. 2 gün istirahət etməliyəm. İnşallah, sonra məşqə başlayacam. Belə baxanda `Banqa` ilə oyunda meydana çıxma ehtimalım yüksəkdi. Çox istəyirəm ki, komandamın yanımda olum. İlk oyun çox vacibdir. İnşallah, `Banqa` ilə oyunda meydana çıxacam. Bunun üçün nə lazımdısa edəcəm`