Əfran İsmayılov:`İnter`lə oyunda meydanda olmaq istəyirəm`.

11 Avq 2011
Əfran İsmayılov:`İnter`lə oyunda meydanda olmaq istəyirəm`.
`Qarabağ`ımız son zamanlar zədə epidemiyasına tutulduğunu xəbər vermişdik. Vüqar Nadirovun ardından Rəşad Sadiqov və Maksim Medvedev sıradan çıxdığı və premyerliqada `İnter`lə debüt edəcəyimiz maçda oynamayacağı öncədən məlum idi. Dünən Azərbaycan millisinin heyətində Makedoniyaya qarşı mübarizə aparmış Əfran İsmayılov da meydanı erkən tərk etmək məcburiyyətində qalmışdı. Əfran bu gün tibbi müayinədən keçib. 23 yaşlı yarımmüdafiəçi durumu belə dəyərləndirib:`Oyun zamanı sol dizimdə,arxa tərəfdə ağrı hiss etdim. Vəziyyətin ciddi olduğunu görüb əvəzlənməmi istədim. Bu gün tibbi müayinədən keçdim. Şükürlər olsun ki, analiz elə də ciddi bir şey müəyyənləşdirmədi. 1-2 gün mümkün qədər yükləmədən qaçmalıyam. Son zamanlar komandamızın üzvləri zədədən əziyyət çəkir. Qabaqdan `İnter` kimi güclü rəqiblə oyun gəlir. İstəmərəm ki, komandamı bu oyunda yalnız qoyum. Maksimum çalışacam ki, bazar gününə kimi hazır olum və komandama kömək edim.`