Əfran məşqlərə başladı

single-news
16 Mar 2010

Əfran məşqlərə başladı



`Qarabağ`ımızın gənclərə verdiyi güvən mexanizminin son məhsulu olan Əfran İsmayılov heç şübhəsiz cari mövsümün kəşflərinin başında gəlir. 21 yaşlı istedadlı yarımmüdafiəçi artıq əsas millinin də heyətində də uğurla debüt etməyə imkan tapıb. Lakin, Əfran İordaniyaya qol vurduğu matçda zədələnərək sıradan çıxmışdı. Əzələ `dartılması` diaqnozu qoyulan Əfran artıq məşqlərə başlayıb. İsmayılov saytımıza verdiyi açıqlamada bu barədə danışıb:` Bəli, artıq dünəndən etibarən məşqlərə başlamışam. Hal-hazırda əvəzedici heyətlə birgə məşq edirəm. Dünən sonuncu dəfə `MR` (rentgen) müayinəsindən keçdim. Şükrlər olsun ki, məşq etməyim üçün ciddi problem yoxdu. Komandamdan ayrı qaldığıma görə çox üzülürdüm. Həlledici məqamda komandanın yanında olmağı çox istəyirdim. İnşallah, tezliklə sağalıb komandanın sıralarına qatılmaq istəyirəm.

Paylaş

// pop up