Əfran möhtəşəm, Rəşad dəqiq vurdu.Qollar

single-news
28 Mar 2011

Əfran möhtəşəm, Rəşad dəqiq vurdu.Qollar



`Qarabağ`ımız milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq `Simurq`la yoxlama oyununda öz gücünü sınadı.Əsas millimizə 5, U-21-ə 1, xarici millilərə 3 futbolçu göndərən komandamız zədəli Aslan Kərimov, Aftandil Hacıyev və Samir Abasovun itkidiylə 12 futbolçusuz çıxdığı görüşdə ilk yarıda vurduğu 2 qolla qalib gəldi. İlk qol uzun müddət yaşıl sahələrdən uzaq qalan Əfrandan gəldi. 22 yaşlı istedad uzaq məsafədən cərimə zərbəsini fantastik yerinə yetirdi. 5 dəqiqə sonra isə meydana kapitan kimi çıxan Rəşad Sadiqov işlək olmayan-sol ayağıyla dəqiq zərbə endirərək oyundakı son nəticəni müəyyənləşdirdi.

Oyundakı qolları izləmək üçün QALAREYA bölümünə daxil olun...  

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1 

Paylaş

// pop up