Əfran mövsümü bitirdi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
26 Apr 2012
Əfran mövsümü bitirdi
`Qarabağ`ımızın dünən `Bakı`yla baş tutan kubok oyununda 2-ci yarıda meydana daxil olan Əfran İsmayılov uzatma dəqiqələrində İbrahim Kaqrbo ilə girdiyi mücadilə sonucunda zədələnərək meydanı erkən tərk etməli oldu. Bugün Bakıya dönən Əfran müyainə edilib. 24 yaşlı yarımmüdafiəçinin ayağında yırtıq aşkar edilib. Sağ cinah yarımmüdafiəçisinin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Çempionatın sonuna 3 tur qaldığını nəzərə alsaq Əfran İsmayılovun mövsümü erkən qapadığını qeyd etmək olar.