Əfran Türkiyəyə yollandı

single-news
10 Avq 2010

Əfran Türkiyəyə yollandı



`Qarabağ`ımızın cari mövsümdə  Avropa Liqasında fırtına kimi əsməsində vurduğu qollarla böyük rol oynayan Əfran İsmayılovun `Neftçi` ilə oyunda zədələnməsi hər kəsi məyus etdi. Ən azı 4 ay topa toxuna bilməyəcək 22 yaşlı yarımmüdafiçinin dizindəkı qığırdağın qırılması ilə yanaşı çarpaz bağlarında qopma baş verib. Göründüyü kimi zədə yetərincə ciddidir.
Artıq Əfran əməliyyat olunmaq üçün Türkiyəyə yola düşüb. İstanbulda məşhur cərrah Ömer Taş tərəfindən əməliyyat olunacaq Əfranın 1 həftə qardaş ölkədə qalması gözlənilir.

Paylaş

// pop up