Əfran və Rauf inanırlar
Əfran və Rauf inanırlar
Məlum olduğu kimi, Azərbaycan millisinə rekord sayda bir klubdan futbolçu dəvət edilib. `Qarabağ`ımızın üzvlərindən Maksim Medvedev, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev məhz doğma komandamızın yetirmələridir. Son 2-si isə ilk dəfə millidə debüt edəcək.
Bəs görəsən gənc istedadlar bu barədə nə düşünür?
Əfran İsmayılov:` Bu xəbər mənim üçün gözəl bir sürpriz oldu. Millidə çıxış etmək hər bir futbolçu üçün qürur mənbəyi deməkdir. Millidə çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu böyük bir məsuliyyətdir. Sevincimi sözlə ifadə etmək mümkün deyil. Amma bilirəm ki, indi daha çox çalışmalıyam. `Qarabağ`ın gənclərə üstünlük verməsi bizim milliyə gedən yolumuzu açıb. Əlbəttə, millidə çoxlu `Qarabağ`lı ilə oynamaq bizə kömək edəcəyini düşünürəm. İnşallah, millinin bir parçası olmaq istəyirəm. Yenə də qeyd edirəm ki, indi daha çox çalışmalıyam ki, bu məsuliyyəti doğruldum. Əgər milliyə azacıq da olsa fayda verə bilsəm çox sevinərəm. 21 yaşındayam. Millidə oynamaq mənim arzularımdan biri olub. `
20 yaşlı Rauf Əliyev:` Əlbəttə, bu xəbərin gətirdiyi sevinc ifadə olunmazdı. Demək olar ki, bütün yaş qruplarının formasını geyinmişdim. 16 yaşımda `Qarabağ`ın əsas heyətində debüt etmişdim. Sonralar əlimə düşən imkandan maksimum yararlanmağa çalışırdım. Qurban müəllim mənə hər zaman inandığını və üzərimdə çox çalışmağımın lazım gəldiyini vurğulayırdı. Milliyə məni dəvət edənlərə öz təşəkkürümü bildirirəm. Mənə edilən etimadı doğrultmaq üçün daha diqqətli olmalıyam. İlk növbədə çalışmalıyam ki, heyətə düşməyə çalışım. Bilirəm ki, hər kəsə belə şans nəsib olmur. Ona görə də bu imkandan maksimum yararlanmalıyam.