Əfran yenidən Türkiyəyə...
17 Sen 2010
Əfran yenidən Türkiyəyə...
Ötən mövsümdən başlayaraq Azərbaycan futbolunda çıxışıyla göz dolduran Əfran İsmayılov cari mövsümün əvvəlində Avroliqada vurduğu 5 qolla da hər kəsin rəğbətini qazanmışdı. Amma `Neftçi` ilə oyunda zədələnən 22 yaşlı yarımmüdafiəçi uzun müddətliyə aradan çıxmışdı. Artıq Türkiyədə əməliyyat olunan futbolçumuz Bakıya qayıtdıqdan sonra növbəti müalicə kursu üçün yenidən qardaş ölkəyə yollanıb. Əfran yola düşməmişdən qabaq saytımıza belə danışıb:` Zədə futbolçu həyatının ayrılmaz hissəsidir. Nə etmək olar? Var gücümlə çalışıram ki, ən qısa zamanda sağalım. Artıq futbol üçün darıxmışam. Tezliklə idman formamı bərpa edib komandama yardım etmək istəyirəm. Ən azə 20 gün Türkiyədə müalicə kursu keçməliyəm. İndi ən böyük arzum odu ki, `Qarabağ` mən sağalana qədər az xal itirsin. Yoxsa, ikiqat məyus olaram. Ürəyim komandanın yanında olacaq. İnşallah, Türkiyədən sağlam olaraq geri dönərəm.`