Əfran yoxdu, Elvin var

single-news
4 Mar 2010

Əfran yoxdu, Elvin var



Azərbaycan millisi FİFA-nın ayırdığı `pəncərə`də Lüksemburqla qarşılaşıb. 9 `Qarabağ`lının çıxış etdiyi millimiz bu görüşdən də qələbə ilə ayrılıb. Düzdü, ilk oyunun qəhrəmanlarından olan Əfran İsmayılov zədə üzündən meydana çıxmasa da, `qarabağ`lılar üçün sözünü deməyə imkan hər zaman tapılar... Əfran yox idi, Elvin var idi... Yenə `Qarabağ` `maşın`ı işə düşdü, Maksim verdi, Elvin gözəl baş zərbəsiylə komandamıza qələbə qazandırdı.

Görüşdə il qola millimiz imza atdı. Fərif Quliyev 27-ci dəqiqədə qolkiperi də aldadaraq hesabı açır. 5 dəqiqə sonra Ştrasser cərimə zərbəsindən Fərhadı mıyus edir. Amma növbəti 5 dəqiqənin tamamında Elvin səhnəyə çıxır və və millini qələbə daşıyır.

Milli komandamız bu gün Bakıya qayıdacaq.  

Paylaş

// pop up