Əfsanə geri döndü. 2 oyuna 5 qol. VİDEO
Əfsanə geri döndü. 2 oyuna 5 qol. VİDEO
İtaliya çempionatında intriqa yenidən geri qayıdıb. Son illərin dəyişməz çempionu `İnter`in xal itirməsinin ardından `Milan`ın autsayder `Syena` qarşısında necə mübarizə aparacağı maraqla gözlənilirdi. Amma `qara-qırmızı`lar rəqibi meydana çıxmağa peşman etdi. `Milan`ın braziliyalı playmeykeri Ronaldinyo 3 qol vurmaqla 4:0-lıq qələbədə mühim rol oynadı. Maraqlıdı ki, çoxlarının artıq söndü dediyi 29 yaşlı braziliyalı ötən tur `Yuventus`la oyunda darmadağında da (3:0) 2 qol vuraraq adından söz etdirmişdi. Beləliklə, Roni son 2 macda 5 qol vuraraq artıq mən də `varam` deyir. Daha bir maraqlı məqam isə Ronaldinyonun son 2 macda onun üçün heç də xarakterik olmayan cəhətlə - başla qol vurması diqqəti çəkib.
Milan - Syena 4:0
Yuventus - Milan 0:3