Əfsanəvi kapitan karyerasını rəsmən bitirir
29 Noy 2011
Əfsanəvi kapitan karyerasını rəsmən bitirir
Sabah Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda XX Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Qarabağ` və `Sumqayıt Şəhər` komandaları üz-üzə gələcək. Bu qarşılaşmada uzun illər Qarabağ`mızın şərəfini qoruyan,100-dən çox oyuna kapitan kimi çıxan, hazırda `Sumqayıt-Şəhər`in oynayan-məşqçisi Aslan Kərimov futbolçu karyerasını rəsmən bitirəcək. Milli komandamızın 38 yaşlı sabiq kapitanı oyundan əvvəl rəmzi olaraq topa ilk zərbəni vuracaq.
Bu tədbir `Qarabağ` və `Sumqayıt Şəhər` klublarının təşəbbüsü ilə həyata keçiriləcək.
Bu tədbir `Qarabağ` və `Sumqayıt Şəhər` klublarının təşəbbüsü ilə həyata keçiriləcək.