Ekspertlər Quzanlı stadionundan razı qaldı (fanat.az, 21.04.2009)
Ekspertlər Quzanlı stadionundan razı qaldı (fanat.az, 21.04.2009)
Yekun qərar sabah veriləcək
Fanat: AFFA və PFL bu gün Ağdamın Quzanlı kəndindəki Olimpiya Kompleksinə ekspertlər göndərib. Fanat.az-a daxil olan məlumata görə, Quzanlıya AFFA-nın eksperti Məlik Həsənov və Peşəkar Futbol Liqasının Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov yollanıb.
Artıq AFFA və PFL-in ekspertləri Quzanlı Olimpiya Kompleksinə və Quzanlı stadionunun ot örtüyünə baxış keçirib. Ekspertləri Ağdamın icra başçısı Həsən Sarıyev və "Qarabağ"ın meneceri Asif Əsgərov müşayət edir.
"Qarabağ"ın Ağdamda olan baş meneceri Asif Əsgərov Fanat.az-a bildirib ki, arenada olan Sadıqovla Həsənov işlərini görəndən sonra hansı nəticəyə gəldikləriylə bağlı heç bir məlumat verməyiblər.
PFL-in prezidenti Ramin Musayev isə bildirib ki, ekspertlər Quzanlı stadionundan razı qalıb. Amma yekun qərar sabih veriləcək.
Qeyd edək ki, "Qarabağ" ev oyunlarını Quzanlıdakı stadionda keçirmək istəyir. AFFA və PFL-in ekspertləri müsbət rəy versə, Ağdam klubu may ayında bütün rəqiblərini doğma şəhərdə qəbul edəcək.