`El Klassiko`da İbra zirvəsi. Vİdeo

`El Klassiko`da İbra zirvəsi. Vİdeo
İspaniya La-Liqasınının XII turunun, eləcə də bütün Avropanın mərkəzi qarşılaşmasında “Barselona”yla “Real” üz-üzə gəlib. “Nou Kamp” stadionunda baş tutan oyunda meydan sahibləri 1:0 hesabıyla qələbə qazanıb.
“Barselona”nın 110 yaşını qeyd etdiyi günə təsadüf edən qarşılaşma maraqlı mübarizə şəraitində keçib. Oyunun əvvəlində madridlilər bir neçə qol şansını boşa verərək üstünlüyə yiyələnmək imkanını qaçırıb. Birinci hissədə inamlı oyunuyla seçilən Kakanın və zədədən yeni dönmüş Kriştiano Ronaldonun yaratdığı tandem rəqibinə başağrı ola bilsə də, nitəcə dəyişməyib. Yüz illik tarixə malik “El Klasiko”nun budəfəki “pərdə”sinə isveçli hücumçu Zlatan İbrahimoviç damğasını vurub. İkinci hissənin əvvəllərində Tyerri Anrinin yerinə oyuna çıxan ucaboy forvard, qarşılaşmanı yüksək səviyyədə keçirən Daniel Alveşin ötürməsini qola çevirib. Hesab dəyişəndən sonra hər iki tərəfin fərqlənmək imkanı olsa da, qarşılaşma elə bu hesabla da bitib.
Əlavə edək ki, bu qələbədən sonra “Barsa” 30 xalla yenidən turnir cədvəlində birinci pilləyə dönüb. “Real” ehtiyatında isə 28 xal var.
Siz də izləyin...