Elçin Rəhmanov: "Futbolçular yaxşı mübarizə apardılar'

single-news
4 Dek 2020

Elçin Rəhmanov: "Futbolçular yaxşı mübarizə apardılar'



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" ilə 1:1 hesablı heç-heçə edib. Komandamızın məşqçisi Elçin Rəhmanov mətbuat konfransında fikirlərini bildirib:

 

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".

Paylaş

// pop up