Elşən Qəmbərovla Namiq Həsənov AMMK-ya keçə bilər (FUTBOL+, 07.07.2005)

single-news
7 İyl 2005

Elşən Qəmbərovla Namiq Həsənov AMMK-ya keçə bilər (FUTBOL+, 07.07.2005)



Ötən sayımızda AMMK-nın həftəsonu məşqlərə başlayacağını xəbər vermişdik. Amma elitanın debütantı hazırlığı bir qədər tezləşdirmək fikrinə düşüb. AMMK artıq dünəndən "Şəfa"da məşqlərə start verib. Hüseyn Məhəmmədov, Vüqar Quliyev və Zaur İsmayılovla yanaşı, Elşən Qəmbərovla Namiq Həsənov da AMMK-nın anlaşmaq istədiyi futbolçulardandı. Klub prezidenti Kamil Məmmədov bizimlə söhbətdə heyətə əcnəbilərin də cəlb olunacağını bildirdi. O bunun üçün Serbiya və Çernoqoriya, Xorvatiya, Rumıniya, Ukrayna və Argentinadan olan 20 əcnəbinin Bakıya gələcəyini də bildirdi. Ancaq onlardan yalnız ən yaxşı 5-i növbəti mövsüm AMMK-nın şərəfini qoruyacaq.

Paylaş