ELTAY ASLANOV: "ARDICIL ÜÇÜNCÜ ÇEMPİONLUĞUMU "QARABAĞ"LA QAZANACAM !"

29 İyl 2005
ELTAY ASLANOV: "ARDICIL ÜÇÜNCÜ ÇEMPİONLUĞUMU "QARABAĞ"LA QAZANACAM !"
2005-06-cı il mövsümündə "Qarabağ"ın şərəfini qoruyacaq futbolçulardan biri də Eltay Aslanovdur. O, professional futbolçu karyerasına 1994-cü ildə Tovuzun "Turan" klubunda başlamışdır. 9 il "Turan"da oynayan futbolçu, 2003-cü ildə "Neftçi"yə transfer olunmuş və bu klubun heyətində son iki ildə iki dəfə çempionluq sevinci yaşamışdır. Hal-hazırda o "Qarabağ"dadır və bu uğuru "Qarabağ"la davam etdirmək istəyir: "Mən çox şadam ki, "Qarabağ"la müqavilə imzaladım və bu klubun formasını geyinəcəm. Klubda olduğum qısa müddətdə kollektivdə gördüyüm yüksək əhval-ruhiyyə məni çox sevindirir. İnanıram ki, bu kollektivlə istədiyimiz nailiyyəti əldə edə biləcəyik. Son iki ildə flaqmanın heyətində yer alıb o klub üçün əlimdən gələni etdim. İki dəfə Azərbaycan çempionu oldum. Bu uğuru indi "Qarabağ"da davam etdirmək istəyirəm. Bu arzumu reallaşdırmaq üçün əlimdən gələni edəcəm."
1.Adı: Eltay
2.Soyadı: Aslanov
3.Doğulduğu yer: Qaraxanli, Tovuz rayonu
4.Doğum tarixi: 17.03.1972
5.Təhsili:Ali
6.Ampluası: Yarımmüdafiəçi
7.Boyu: 177 sm
8.Çəkisi: 78 kg
9.Ailə vəziyyəti: evli
Xoşladığı...
10. ... yemək: hamısı
11.... meyvə: hamısı
12....içki: təbii meyvə şirəsi
13....musiqi: Azərbaycan musiqiləri
14.... müğənni: Könül Kərimova
15.... kino: “Bəxt üzüyü”
16.... aktyor: Afaq Bəşirqızı
17....kitab: yox
18...yazıçı: yox
19. ...rəng: göy-ağ
20....məşğuliyyəti:
21. ...maşın: Lada 2107
22. ...idarə etdiyi avtomobil: Lada 2107
23. ...idman: Futbol
24. ...idmançı: Şevçenko
25. ... komanda: “Milan”
26. ... məşqçi:
27. Arzuladığı titul: Çempion olmaq
28. Oynamaq istədiyi komanda: “Qarabağ”
Çıxış etdiyi klublar: “Turan”(1994-2003), “Neftçi” (2003-2005)