Eltun Yaqublu ‘Qarabağ’da
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
20 Yan 2012
Eltun Yaqublu ‘Qarabağ’da
‘Qarabağ’ımız qış fasiləsi dönəmində 2-ci transferini reallaşdırıb. Vaqif Cavadovun ardından komandamızın sıralarına daha bir yerli futbolçu qoşulub. ‘Qarabağ’ımız daha bir gənc istedadla sıralarını genişləndirib. 20 yaşlı Eltun Yaqublu ‘Neftçi’dən transfer edilib. Müdafiəçiylə 3 illik müqavilə imzalanıb. Dünən axşam Antalyaya gələn Yaqublu bugün komandamızla ilk məşqə çıxıb. Gənc müdafiəçi saytımıza ilk təəssüratlarını bölüşüb:’Qarabağ’ kimi böyük camiəyə gəldiyimə görə xoşbəxtəm. Yerli futbolçuların üstünlük təşkil etdiyi, baxımlı futbol oynayan və Azərbaycanın sevimli komandasındayam. Özümü heç də yad hesab etmirəm. Əksər futbolçularla əvvəlcədən tanışam. Qurban Qurbanov kimi gənclərə üstünlük verən baş məşqçiylə işləyəcəyimə görə həyacanlıyam. Bilirəm ki, məni burda çətin rəqabət gözləyir. Məşqlərdə səylə çalışıb zamanımı gözləyəcəm.‘