Eltun Yaqublu:`Qurban müəllim mənə dedi ki..`

single-news
22 Fev 2012

Eltun Yaqublu:`Qurban müəllim mənə dedi ki..`



`Qarabağ`ımız premyerliqanın sonuncu turunda `Kəpəz`lə qarşılaşdı. Gəncəlilərlə görüş Adamiyanın vurduğu  qolla komandamızın lehinə sonuclandı. Bu oyunda diqqətçəkən bir məqam `Qarabağ`ımızın qış transferi Eltun Yaqublunun  start heyətində meydana çıxması oldu. Maksim Medvedevin yoxluğunda sağ cinah müdafiəçi mövqeyində çıxış edən Eltunun debütü uğurlu oldu. 90 dəqiqə ərzində etibarlı çıxışıyla yadda qalan 20 yaşlı müdafiəçi saytımıza oyunla bağlı danışıb:` İlk dəfə premyerliqada start heyətində  meydana çıxırdım. Deməzdim ki, xüsusi bir həyəcan vardı. Çalışdım ki, ən yaxşısını edim, komandanın futbolunu oynayım.  Start heyətində çıxış etməyim gözlənilməz olmadı. Ona görə ki, Qurban müəllim həmişə deyir ki, hamı meydana çıxmağa hazır olmalıdı. Bu baxımdan şanısımı gözləyirim. Qurban müəllim oyundan qabaq nə dedi? Dedi ki, sərbəst ol, rahat oyna. İstədiyin kimi davran. Səhv etməkdən çəkinmə. Qalan tapşırıqları taktiki idi. Meydanda bir tərəfdən bir üstünlüyüm vardı ki, Rəşad Sadıqov Admir Teli kimi güclü müdafiəçilərlə çıxış edirdim. Onlarla oynamaq mənim üçün böyük bir şansdı. Daim mənə dəstəkləyir, məsləhət verirdilər. Şükürlər olsun ki, qələbə qazana bildik. 3 xal bizim üçün vacib idi. Gələcək matçlarda oynyaıb-oynmayacağım məndən asılı deyil. Baş məşqçimiz necə məsləhət bilsə elə də olacaq. Məşqimi edib mənə veriləcək şansımı gözləyəcəm.`

Paylaş

// pop up