Elvin Məmmədov Qurban Qurbanovun əsas izləyicisi oldu (qol.az)
Elvin Məmmədov Qurban Qurbanovun əsas izləyicisi oldu (qol.az)
|
Azərbaycan milli komandasının Makedoniya yığması ilə yoldaşlıq oyunu Elvin Məmmədov üçün də əlamətdar olub. Qol.Az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bu oyunda komandamızın təssəli qoluna imza atmaqla yığmamızda vurduğu qolların sayını 6-ya çatdırıb. O, yığmamızın buna nail olan, yəni ən azı 6 dəfə fərqlənən 4-cü oyunçusu olub. Eyni sayda qola imza atan digər 2 futbolçu ilə müqayisədə az oyun keçirən Elvin bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib. Məmmədov çıxış etdiyi “Qarabağ” klubundakı baş məşqçisi Qurban Qurbanovun başçılıq etdiyi siyahıda Branimir Subaşiç və Zaur Tağızadəylə qol sayını eyniləşdirib. Azərbaycan milli komandasında ən azı 6 qol vuranlar yer futbolçu oyun qol 1 Qurban Qurbanov 67 14 |
