Elvin Məmmədov:`Daim qabağa baxmaq lazımdır`
10 Dek 2010
Elvin Məmmədov:`Daim qabağa baxmaq lazımdır`
`Qarabağ`ımız sabah `Simurq`la qarşılaşacaq. Daim çətin rəqib sayılan Zaaqatala klubu qarşısında komandamızın tək hədəfi qalibiyyətdir. Son turda iddialı `İnter`i məğlub edən komandamız bu dəfə qələbə qazanaraq turnir cədvəlində vəziyyətini yaxşılaşdırmaq istəyir. Son oyunlarda əla oyunuyla diqqəti cəlb edən istedadlı yarımmüdafiəçimiz Elvin Məmmədov `Simurq`la oyunöncəsi saytımıza belə danışıb:`Simurq` daim öz meydanında döyüşən komandadır. Üstəlik, son turda səfərdə `Bakı`nı məğlub edərək ruh yüksəkliyi qazanıblar. Bizə qarşı da `vuruşacaq`lar. Amma biz də meydandan 3 xalla ayrılmaq istəyirik. `Qarabağ` heç vaxt Zaqatala da qələbə qazana bilməyib. Hər bir komandanın eniş vaxtı olur. Bəlkə də, bizim bu enişi erkən yaşamağımız daha yaxşı oldu. Toparlanmaq üçün şansımız oldu. `Turan`la oyunu isə artıq unutmaq lazımdır. Bu oyunu fikirləşmək bizim ziyanımıza işləyər. Ona görə də daim qabağa baxmaq lazımdır. Özü də bu mövsüm qol vurmamışam. Düzdü, təki komanda qələbə qazansın. Amma çox istərdim ki, Zaqatalada siftə edim. `Qarabağ`ın ilk `6`lığa düşəcəyinə şübhə etmirəm. Biz çətin günləri arxada qoyacağıq. Buna heç kimin şübhəsi olmasın.`