Elvin Məmmədov:`İnanıram ki gülən tərəf `Qarabağ` olacaq`

single-news
15 Apr 2011

Elvin Məmmədov:`İnanıram ki gülən tərəf `Qarabağ` olacaq`



`Qarabağ`ımız `Bakı`yla oyunun hazırlıqlarını davam etdirir. Gündə bir dəfə məşq edən komandamız premyerliqanın final mərhələsinin ilk dövrəsinin son turunda qələbə qazanmaq istəyir. Sabah Tofiq Bəhramov adına respublika stadionunda paytaxt təmsilçisinin qonağı olacaq komandamızda zədəli futbolçu yoxdur. Adətən `Bakı`ya qarşı yaxşı futbol nümayiş etdirən Elvin Məmmədov bu dəfə də ümidlidir:`Hə, bəlkə də `Bakı`ya qarşı oyunum yaxşı alınır. Amma bunun hər hansısa xüsusi səbəbi yoxdu. Bütün oyunlara sona qədər motivasiya olmağa çalışıram. `Bakı` yaxşı komandadı. `6`lıqda qələbə qazana bilməyiblər. Ona görə də 3 xal üçün meydana çıxacaqlar. Bizim üçün  oyun cox vacibdir. Ən azından yenidən 2-ci pilləyə yüksəlmək üçün önəmlidir. AZAL əla sürət yığıb. Artıq nəfəsini hiss etdirir. Son 2 oyunda qələbə qazanmasaq da, elə də pis oynamadıq. `Bakı`yla oyun qırılma nöqtəsi ola bilər. Təbii ki, büyün oyunlarda olduğu kimi `Bakı`yla matç da 3 xal üçn çıxacağıq. Gəgrin oyun olacaq. Amma inanıram ki sonda gülən `Qarabağ` olacaq.`

Paylaş

// pop up