Elvinin qolu qələbəyə yetmədi
Elvinin qolu qələbəyə yetmədi
Azərbaycan millisi Avstriyada keçirdiyi təlim-məşq toplanışında
Moldovanlarla oyunda yığmanın çalışdırıcısı 5 `Qarabağ`lıya start heyətində yer vermişdi. Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev arxa xətdə, Rauf Əliyevlə Elvin Məmmədovsa ön xətdə yer almışdılar.
Son oyunlarda qazanılan nəticələrdə `Qarabağ`lıların əməyi olduğu kimi bu oyunda da klubumuzun üzvləri fəal idi. Və millinin görüş ərzində vurduğu yeganə qola məhz Elvin oldu. 22 yaşlı yarımmüdafiəçinin 21-ci dəqiqə asmayabənzər zərbəsi müdafiəçinin də ayağına dəyərək tora daxil oldu.
Amma bu qol qələbə üçün kifayət etmədi. 81-ci dəqiqədə Kojokarın mükəmməl zərbəsi qarşısında qolkiperimiz Kamran Ağayev aciz qaldı. Belə də oyun 1:1 hesabı ilə başa çatdı.