ELXAN ABDULLAYEV: "İNTER"İN ƏVƏZLƏMƏLƏRİ OYUNUN TALEYİNİ HƏLL ETDİ"

single-news
31 Okt 2005

ELXAN ABDULLAYEV: "İNTER"İN ƏVƏZLƏMƏLƏRİ OYUNUN TALEYİNİ HƏLL ETDİ"



Oyundan sonra Mətbuat Konfransı keçirildi. Mətbuat konfransında "Qarabağ" komandasını Baş məşqçi Elxan Abdullayevlə Klubun Mətbuat Xidmətinin Rəhbəri Asif Əsgərov, "İnter" Komandasını isə Klubun Baş Direktoru Alı Alıyevlə Məşqçisi Vitaliy Salıçev təmsil edirdi. İlk növbəti bu gün ad gününü qeyd edən Məşqçi Vitaliy Salıçevi təbrik edən Alı Alıyev matç haqqında fikirlərini bildirmək üçün sözü ona verdi: "İki fərqli hissə izlədik. "Qarabağ" ilk hissədə futbolçularımıza tapşırıqlarımızı tam yerinə yetirməyə imkan vermədi. Bu səbəbdən ilk hissə bərabər şəraitdə keçdi. İkinci hissədə isə biz daha üstün oyun nümayiş etdirərək, istəyimizə nail olduq. Mənim üçün ən böyük hədiyyəni də məhz futbolçularım bu günkü oyunu ilə etdilər." Elxan Abdullayev ("Qarabağ" Baş Məşqçisi): "Rəqib "İnter" Klubunu qələbə münasibətilə təbrik edirəm. Onların ikinci hissədə etdikləri iki əvəzetmə oyunun taleyini həll etdi. Biz ilk hissədə istədiyimiz oyunu göstərə bildik. Lakin "İnter" güclü olduğunu sonda sübut etdi. Onların oyunun sonlarında göstərdiyi oyun da bunu deməyə əsas verir."

Paylaş