ELXAN ABDULLAYEV "QARABAĞ"DA "100-CÜ GÜN"ÜNÜ QEYD ETDİ (FUTBOL+QOL, 29.09.2005 )

single-news
29 Sen 2005

ELXAN ABDULLAYEV "QARABAĞ"DA "100-CÜ GÜN"ÜNÜ QEYD ETDİ (FUTBOL+QOL, 29.09.2005 )



O, MÜŞVİQDƏN VƏ UKRAYNALILARDAN RAZI, MÜDAFİƏÇİLƏRDƏN NARAZIDIR ....Abdullayev bu gün öz vəzifəsini icra edir və o, artıq "Qarabağ"ın baş məşqçisi kimi "100-cü gün"ünü də arxada qoydu. Klubun rəsmi saytı bu münasibətlə gənc çalışdırıcı ilə müsahibə dərc edib. Yazının siz oxucular üçün də maraqlı olacağını nəzərə alıb olduğu ki9mi diqqətinizə çatdırırıq. - Elxan müəllim, ötən 100 günü necə xarakterizə edərdiniz? - Maraqlananlar bilir ki, komandamız digər komandalara nisbətdə və ümumiyyətlə hazırlıqlara gec başladı. 20 gün ərzində demək olar ki, komandanı yenidən qurduq. Deyə bilmərəm ki,bu müddətdə ən güclü komanda qurduq, amma əminliklə deyirəm ki, mübariz komanda yarada bildik. Bunun nəticəsi idi ki, elə ilk turdaca çətin "Turan" matçından ən azı xalla dönə bilərdik. Məhz bunun nəticəsi idi ki, "Neftçi" ilə matçda iki dəfə hesabda irəli çıxdıq. Amma dediyim kimi, sonda əldə etdiyimizi saxlaya bilməməyimiz bizim boşluğumuzdur. Bunun üzərində işləyirik.Amma bununla belə məğlub olduğumuz oyunlara da nəzər saldıqda heç bir matçda asanlıqla təmsil olmamışıq. - Komanda həm çempionatda, həm də kubokda mübarizə aparır. Ötən vaxt kifayət qədərdir ki,siz komandanızın nəyə qadir olduğunu deyəsiniz. - Biz çempionatda 5 turdan sonra, 3 məğlubiyyətimiz var. Amma bu məğlubiyyətlər çempionluq uğrunda mübarizə aparan komandalarla matçlarda olub və bu da təbiidir. Belə oyunlarda biz də qalib gələ bilərik, rəqib də. Qarşıda bizi uzun marafon gözləyir və zaman göstərəcək ki, biz nəyə nail olacağıq. Kubokda isə, çempionatın ilk turlarından fərqli olaraq, püşk üzümüzə gülüb və bizim sona qədər irəliləyə bilmək imkanımız var. Bunun üçün isə, heyətdəki boşluqları aradan qaldırmaq lazımdır ki, bunu da dövrələrarası fasilədə həyata keçirəcəyik. - Komandanın heyətini dediyiniz kimi yenidən qurdunuz. Qurulmuş yeni heyətdə etimadınızı doğruldan və doğrultmayan futbolçular yətin ki yox deyil.. - Əlbətdə.Yeni gələnlər içərisindən mən Ukraynalı legionerlər Kravçenko və Voskoboyniki vurğulamaq istərdim. Onlar yerli futbolçulardan səviyyələrinə görə fərqlənirlər. Bundan başqa, bu il yenidən komandaya qayıdan Müşviq Hüseynovun adını çəkə bilərəm. 35 yaşı olmasına baxmayaraq, komandanı öz arxasınca daşıya bilir və iki qolda vura bilib. Etimadımı isə, müdafiəmiz doğrultmur.Turnir cədvəlində bizdən öndə gedən çox klublar var ki, vurulmuş top sayına görə bizdən geri qalırlar. Amma biz 10 qol buraxdığımız halda onların buraxdıqları top sayı az olduğundan indi irəlidədirlər. Bir də Samir Musayevi vurğulamaq istərdim ki, bombardir olmuş bir futbolçunun 5 turda aktivinə bir top belə yaza bilməməsi məni təəssüfləndirir. -Gənc futbolçular necə, onlar da komandaya uyğunlaşa bilirlərmi? - Bilirsiniz ki, komandamız bu il heyətinə kifayət qədər gənc futbolçu cəlb etdi. Bunlar arasında sevindiricidir ki, "Qarabağ"ın uşaq futbolundan da nümayəndələr var. Onlar komandaya deyə bilərəm ki uyğunlaşırlar. İmkan olan kimi də onları heyətə cəlb edirəm. Son kubok oyununda Cavad Cavadova oynamaq şansı da verdim. Pis təsir bağışlamadıda. Digərlərinə də şans verərək təcrübə toplamasına şərait yaradacam. - Qarşıdakı tur sizi "Xəzər-L"la qarşılaşma gözləyir. Bu matç haqqında nə deyə bilərsiniz? - "Xəzər L" güclü heyətə malik komandadır. Azərbaycan Futbolunda iz qoymuş futbolçular orada cəmləşib. Biz çempionatın digər oyunları kimi bu matça da qələbə üçün çıxacağıq və bacardığımızı edəcəyik ki, qalib gələn tərəf biz olaq.

Paylaş