Elxan Abdullayev “Qarabağ”da ( idman.azer.net)

single-news
14 İyl 2005

Elxan Abdullayev “Qarabağ”da ( idman.azer.net)



Vakant yerə Səttar Əliyev təyin olunsa da, rəhbərlik bir gün ərzində qərarını iki dəfə dəyişərək Elxan Abdullayevi “sükan” arxasına gətirib. Əliyevin komanda üzvlərinə təqdim edilməsinə baxmayaraq, rəsmilər onu sabiq “Bakı”lı Abdullayevlə əvəzləməyi lazım biliblər. Bunun səbəbini öyrənmək üçün baş direktor Əmrah Çəlikəllə əlaqə saxlamaq istədikdə, o, bu məsələlərə şərh vermək istəmədi. Elxan bəyin özü isə qısaca bunları dedi: “Klubun sahibləri təklif etdi, mən də razılıq verdim. Başqa heç nə danışmaq istəmirəm. “Qarabağ” bu mövsüm yüksək yerlərə iddialı olmayacaq. Elitadakı yerimizi qorumağı və gələcəyin komandasını qurmağı qarşımıza məqsəd qoymuşuq. Aparıcı oyunçularmızı itirsək də, heyəti qısa zaman ərzində komplektləşdirməyə çalışacağıq.”

Paylaş

// pop up