ELXAN ABDULLAYEV: "QARABAĞ"IN OYUN ALDIĞINI HEÇ VAXT EŞITMƏYƏCƏKSIZ"

single-news
5 İyl 2005

ELXAN ABDULLAYEV: "QARABAĞ"IN OYUN ALDIĞINI HEÇ VAXT EŞITMƏYƏCƏKSIZ"



"Futbol+" qəzetinin 05.07.2005 tarixli nömrəsində klubumuzun məşqçisi işləyən Elxan Abdullayevlə müsahibə dərc olunmuşdur. Müsahibənin maraqlılığını nəzərə alıb, onun önəmli hissələrini saytımızın ziyarətçilərinin diqqətinə çatdırırıq. __________________________________________________________ Düzü, Elxan Abdullayevlə söhbət etməkdə məqsədim bir az fərqli idi. Məsələn, elə düşünürdüm ki, son vaxtlar bizdən ötəri alınmaz qalaya çevrilən "Qarabağ"ı bir çoxları tərk etdiyi kimi, Elxan bəy də klubdan ayrılıb. Amma belə deyilmiş. "Qarabağ"dan ayrılmaması bu komandayla bağlı bəzi suallarımıza aydınlıq gətirməyə imkan yaratdı. Həm də Torresin getməsinə baxmayaraq, hələ də millidə məşqçi kimi fəaliyyətini davam etdirməsi Abdullayevlə söhbətimizdə prioritet mövzu oldu. - Çempionat başa çatandan sonra "Qarabağ" hələ də məşq keçmir. Klubun rəhbərliyi Türkiyədədi. Onlar bir-iki günə qayıdacaq və sizi maraqlandıran bütün suallara da onda aydınlıq gələcək. - "Qarabağ"da doğrudan da mətbuatda yazıldığı kimi böyük problemlər var? - Siz problem nəyə deyirsiz? - Məsələn, komandanı xeyli sayda oyunçu tərk edib. Əvəzində gələn yoxdu. - Bizdə 23 futbolçu var idi. Legionerlərlə bir yerdə. Klubla müqaviləsi başa çatanlar gediblər. Yalnız iki oyunçu müqaviləsi olmasına baxmayaraq, bizdən ayrılıb. Bunlar "Bakı"ya keçən Emin İmaməliyev və "Xəzər-Lənkəran"la anlaşan Vüqar Nadirovdu. Amma onlar da rəhbərliyin razılığıyla gedib, elə-belə yox. Kimin ki müqaviləsi var, onlar yüz faiz komandada qalacaq və növbəti mövsümdə "Qarabağ"da oynayacaq. O ki qaldı guya "Qarabağ"ın birinci dəstədə mübarizə aparması haqda deyilənlərə, bu boş söhbətdi. Bizim həvəskarlar çempionatında, birinci dəstədə və güclülər dəstəsində komandamız olacaq. Ola bilsin, bəziləri səhv salıb elə düşünür ki, elitada komandamız iştirak etməyəcək. - Komandada hazırda neçə futbolçu qalıb? - Doqquz. Azər Cabarov, Samir və Ruslan Musayevlər, Vitali Kovalyov, Mübariz Orucov, Mustafa Engin Özmən, Denis Sokolovski, Mustafa Coşqun, Artyom Şubin komandada qalanlardı. - "Qarabağ" növbəti çempionatda yəqin ki, iddiasını ortaya qoya bilməyəcək. Düzdü? - Dəyişikliklər olacaq. Mən bu haqda rəhbərliklə danışmışam. Biz çempion olmağa, avrokuboklara getməyə tələsmirik. Hələ vaxt var. Klubun infrastrukturunu yaratmağa çalışırıq. Baxıram da bəzi klublara, düz-əməlli baza yoxdusa hansısa nəticədən danışmaq yersizdi. "Qarabağ" növbəti mövsümün komandası yox, gələcəyin klubu olmalıdı. Perspektivli gənc futbolçuları yığıb onlarla işləyəcəyik. Hələ ki, komandanın baş məşqçisi təyin edilməyib. Bu məsələyə də bir-iki günə aydınlıq gələcək. İki-üç günə məşqlərə də başlayacağıq. - Çempion olmağınıza nə mane oldu? Məsələn, bilirəm ki, bəzi komandalarla oyunlarda xal itkisini əvvəlcədən "sığortalamaq" imkanınız olsa da, bunu etməyibsiniz... -"Qarabağ" heç vaxt çirkin oyuna getməyib və getməyəcək də. Sizə söz verirəm ki, heç vaxt eşitməyəcəksiniz ki, "Qarabağ" hansısa oyunu alıb."Ədliyyə", "Bakılı" kimi komandalarla oyunlarda xal itiririksə, bu bizim təmiz mübarizə apardığımızı göstərir. Bu təmiz oynadığımıza sübutdur....

Paylaş