ELXAN ABDULLAYEV: "RƏQİB BİZİ DAHA İSTƏKLİ OLDUĞU ÜÇÜN MƏĞLUB ETDİ!"

single-news
22 Okt 2005

ELXAN ABDULLAYEV: "RƏQİB BİZİ DAHA İSTƏKLİ OLDUĞU ÜÇÜN MƏĞLUB ETDİ!"



Matç sonrası mətbuat nümayəndələri üçün konfrans keçirildi. İlk öncə Elxan Abdullayev suallara cavab verdi: " "Şahdağ" Klubunu başda Sabir müəllim olmaqla təbrik edirəm. Bu gün onlar bizdən üstün oyun nümayiş etdirdilər və qalib gəldilər. Məğlubiyyətimizin əsas səbəbi kimi isə, nə texniki, nə fiziki hazırlığımızın zəif olduğunu yox, əzmkarlığın rəqibdən daha az olduğunu göstərə bilərəm. Bu gün "Şahdağ" daha istəkli oyun göstərdi." Sabir Əliyev ("Şahdağ"ın Baş Məşqçisi): "Bu gün komandam verdiyim bütün tapşırıqların öhdəsindən layiqincə gəldilər. Bunun nəticəsində də qalib gəldik. "Qarabağ" bir qədər zəif təsir bağışladı. Buna səbəb isə onların zəif olduğu yox, bizim meydanın hər bir qarışı uğrunda mübarizədən üstün ayrılmağımız oldu.Mövsümöncəsi qarşıma çempionatı tərk etməmək barədə tapşırıq vermişdilər. Mən isə ortabab klub yaratmaq istəyirəm ki, bunun da hələlik öhdəsindən gələ bilirəm."

Paylaş

// pop up