ELXAN ABDULLAYEV VƏ BORİS XETAQUROV "QARABAĞ"DA

single-news
25 Fev 2005

ELXAN ABDULLAYEV VƏ BORİS XETAQUROV "QARABAĞ"DA



Millimizin məşqçisi Elxan Abdullayev və Milli Komandamızın həkimi Boris Xetaqurov bundan sonra həm də "Qarabağ"ın uğurları üçün çalışacaqlar. Elxan Abdullayev Ruslan oğlu 19 may 1970-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1999-cu ilin avqust ayından 2000-ci ilin fevral ayınadək Almaniya Respublikasının Leypçiq şəhərində Ali Məşqçilik Məktəbini bitirmişdir. 2000-2004-cü illərdə "Dinamo" (indiki "Bakı") klubunda baş məşqçi işləmişdir.2000-2002-ci illərdə U-21 yığmasında baş məşqçi köməkçisi vəzifəsində işləmişdir. Hal-hazırda Azərbaycan Milli yığma Komandasında məşqçi vəzifəsinda çalışır. -Elxan Müəllim, "Qarabağ"a gəlmək təklifi kimdən daxil oldu? - İqor Ponomaryov mənlə əlaqə saxladı və onunla "Qarabağ"da birgə çalışmağı təklif etdi.Sonra Tahir bəylə görüşdük və hədəfləri bildikdən sonra belə bir professional komandada işləmək qərarı verdim. - Siz həm də millidə işləyirsiniz... - Bəli. Burada da millinin 5-7 oyunçusu oynayır.Həm də onlarla daha yaxından təmasda olmaq şəraiti yarandığı üçün sevinirəm. - Millidə işləyə-işləyə "Qarabağ"da işləmək çətin olmayacki? - Əsla. Böyük hədəfləri olan komanda da işləmək çətin yox, şərəflidir. Boris Xetaqurov Naneeviç 12 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini Bitirib. 1965-ci ildən 2003-cü ilə qədər "Neftçi" FK-da həkim vəzifəsində çalışıb. 1992-ci ildən Milli Komandamızın həkimidir. 2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək "Xəzər" Lənkəran FK-da işləyib. Azərbaycanın Əməkdar Həkimidir.

Paylaş