ELXAN ABDULLAYEVİN MÜQAVİLƏSİ BAŞA ÇATDI, DAHA 9 FUTBOLÇU TRANSFERƏ ÇIXARILDI . . .

single-news
22 Dek 2005

ELXAN ABDULLAYEVİN MÜQAVİLƏSİ BAŞA ÇATDI, DAHA 9 FUTBOLÇU TRANSFERƏ ÇIXARILDI . . .



"Qarabağ" Futbol Klubunda 6 aydır Baş Məşqçi işləyən Elxan Abdullayevin komanda ilə müqaviləsi başa çatmışdır. Baş Məşqçi ilə Klub Prezidenti arasında keçirilmiş görüşdə qarşılıqlı razılaşma əsasında Elxan Abdullayev klubdan ayrılmışdır. Klub Prezidenti Elxan Abdullayevə "Qarabağ"da fəaliyyətinə görə öz təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Bundan başqa "Qarabağ" Futbol Klubu bəzi yerli və legioner futbolçularla da yollarını ayırmaq qərarına gəlmişdir. Bu futbolçular aşağıdakılardır: Tərlan Mahmudov, Dmitriy Yeremeyev, Rəşad Muradov, Fəqan Şahbazov, Eltay Aslanov, Dmitriy Spirin, Blazenko Bekavaç, Denis Sokolovski və Sergey Kravçenko. "Qarabağ"ın ikinci dövrədəki çıxışı və yeni Baş Məşqçinin adı gələn həftənin əvvəlində Klub Prezidenti ilə keçiriləcək görüşdə açıqlanacaq.Məhz bundan sonra kluba yeni gələcək futbolçuların adları müəyyənləşdiriləcək.

Paylaş

// pop up