Elxan Məmmədov:`Qarabağ`a inamım sonsuzdur`

single-news
18 Avq 2010

Elxan Məmmədov:`Qarabağ`a inamım sonsuzdur`



`Borussiya` - `Qarabağ` oyunu bütün ölkəmizin gündəmini zəbt edib. 3 gün öncədən Dotmunda gələn komandamız, 1 həftə bundan qabaq Almaniya gələn nümayəndə heyətimiz məhz `Borussiya` ilə Avropa Liqasının pley-off mərhələsinə köklənib.
Artıq Azərbaycan Futbol Federasiyasının baş katibi Elxan Məmmədov da Dortmundadaır. AFFA-nın 2-ci şəxsi bu gün `Qarabağ`ımızın qaldığı otelə gələrək komandamızla görüşüb. `Borussiya` - `Qarabağ` oyunun təbliğatı və təşkilati işlərlə bağlı Elxan bəy klubumuzun direktoru Emrah Çelikel və baş məşqçimiz Qurban Qurbanovla görüşüb və oyunla fikir mübadiləsi aparılıb.
Elxan bəy `Qarabağ`ımızın saytına oyunla bağlı öz fikirlərini bildirib:` Təbii ki, `Qarabağ`ın `Borussiya` ilə qarşılaşması Azərbaycan futbolu üçün tarixi bir hadisədir. Bu oyunun əhəmiyyətini hər birimiz dərk edirik. AFFA prezidenti cənab Rövnəq Abdullayevin şəxsi göstərişi ilə bura gəlmişəm. AFFA olaraq `Qarabağ`a mümkün olan bütün köməkliyi etməyə hazırıq. Və bü yöndə çalışmalarımızı davam etdiririk. Tarixi bir oyun olacaq. `Qarabağ`a inanıram. İnanıram ki, Qurban Qurbanovun komandası xalqımızı sevindirəcək nəticə əldə edə biləcək. `Qarabağ`ın səfərdə ən azı qol vuracağına inamım sonsuzdur.`

Paylaş

// pop up