Emeka Opara rəsmən `Qarabağ`da!!!

single-news
28 Fev 2013

Emeka Opara rəsmən `Qarabağ`da!!!



`Qarabağ`ımız daha bir transferi reallaşdırıb. Qış fasiləsində Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiç, Reynaldonun ardlndan komandamız daha bir keçidi həll edib. Azərbaycanda çıxış edərkən oynadığı futbolla göz dolduran Emeka Opara rəsmən `Qarabağ`lıdır. 28 yaşlı forvard dünən axşam Bakıya gəlib və bugün komadamızla rəsmi müqaviləyə imza atıb. Nigeriyalı komandamızla 1,5 illik müqavilə imzalayıb. Daha öncə `Sahel`, Kayzerslautern`, Xəzər-Lənkəran`, `Əl Naser`də  oynamış Opara saytımıza öz təəssüratlarını bildirib:`Qarabağ`dan təklif gələndə düşünmədən razılaşdım. Hələ Azərbaycanda oynayarkən yeni komandamın oyun üslubu o dəqiqə hiss olunurdu. Bəlli sistemə malik komandada oynamaq futbolçu üçün rahatlıqdır. Bilirəm ki, `Qarabağ` çempionluq üçün mübarizə aparır. Hazırda liderdən 3 xal geridə qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündür. Azərbaycan çempionatının səviyyəsinə bələdəm. Burda yaxşı oynamaq üçün nələrin lazım olduğunu bilirəm. Komandanın heyətindəki futbolçuların çoxusunu tanıyıram. `Qarabağ`la uğur qazanmaq üçün gəlmişəm. Böyük bir camiənin  sevilən bir hissəsi olmaq istəyirəm. Bunun üçünsə meydanda can qoymaq lazımdır. Bəli, `Qarabağ`a çempionluq üçün gəlmişəm. İnanıram ki, mayda qızıl medalları məhz `Qarabağ` boynundan asacaq.`

Paylaş

// pop up