Emin İmaməliyev 10 gün sonra qayıdır

single-news
16 Noy 2011

Emin İmaməliyev 10 gün sonra qayıdır



`Qarabağ`ımızın təcrübəli yarımmüdafiəçisi Emin İmaməliyev uzun müddətdi yaşıl sahələrdən uzaq qalıb. Avqustun 21-də `Kapəz`lə baş tutan oyunda sıradan çıxan 31 yaşlı futbolçu sonradan məşqlərin birində yenidən zədələnmişdi. Uzun müddətdi müalicə olunan futbolçu son müayinə üçün Türkiyəyə yollanmışdı. İstanbuldan gələn cavab sevindiricidir. Emin bu barədə belə deyib:`Gəncə də qasıq nahiyəmdən zədələnmişdim. Bəxtsizlikdən məşqdə yenidən aldığım zədəni ağırlaşdırdım. Məşqlərə başlasam da, bir problemimin qalmaması üçün Türkiyəyə yollanıb daha bir müayinədən keçdim. Şükürlər olsun ki, hər şey yaxşıdı. Zədəm tam sağalıb. Sadəcə özümü bir qədər yüklənmədən qorumalıyam. Hardasa, 10-12 gün hazırlıqdan sonra hazır olacam. Əgər hər şey yaxşı olsa Noyabrın 30-da `Sumqayıt-Şəhər`lə baş tutacaq kubok oyununda meydanda ola biləcək duruma gələcəm. Uzun müddətdir futboldan kənar düşmüşəm. Futbol üçün çox darıxmışam.  Tez bir zamanda meydana çıxmaq istəyirəm. İnanıram ki, ən yaxşı formamı yığıb komandama kömək edə biləcəm.`

 

Paylaş

// pop up