Emin İmaməliyev mövsümü başa vurdu (CHAMPİON, 06.05.2005)

single-news
6 May 2005

Emin İmaməliyev mövsümü başa vurdu (CHAMPİON, 06.05.2005)



İlk qolun müəllifi olan yarımmüdafiəçi zədə alaraq meydançanı tərk etməli oldu. İmaməliyevlə söhbətimizdə o, mövsümü başa vurduğunu etiraf etdi: “Çiynimdən ağır zədə almışam. Həkimlər dörd həftə yaşıl meydanlardan qıraqda qalacağımı dedilər. İlk iki həftə bərpa prosesi keçəcəyəm. Ondan sonra kiçik məşqlərə başlayacağam. Təəssüf ki, artıq çempionatın son oyunlarında komandama yardım edə bilməyəcəyəm”. Yeri gəlmişkən, Emindən başqa, Aslan Kərimov və Samir Musayev də zədəlidirlər. Hazırda klubun həkimləri hər iki futbolçunu sağaltmağa çalışırlar. Xüsusilə də ikincinin sağalması üçün həkimlər səfərbər olunub. Klubun daha bir forvardı Vadim Vasilyev “Neftçi” ilə oyunda dördüncü sarı vərəqəsini aldığından qarşıdakı “Şahdağ-Samur” görüşünü buraxmalı olacaq. Belə olan halda hücum xəttində yalnız Vüqar Nadirov qalacaq ki, bu da baş məşqçi İqor Ponomaryovu narahat edir.

Paylaş

// pop up