ƏMRAH ÇELİKEL: AZARKEŞLƏRƏ GÖRƏ ÇOX ÜZÜLDÜM
ƏMRAH ÇELİKEL: AZARKEŞLƏRƏ GÖRƏ ÇOX ÜZÜLDÜM
Azərbaycan-Polşa oyununu geridə qalsa da futbol icyimaiyyəti hələ də bu matçı müzakirə etməkdədir. İlk hissəsini öndə tamamlayan millimiz ikinci hissədə buraxdığı qollarla məğlubiyyətlə barışmalı oldu. “Qarabağ” Futbol Klubunun direktoru Əmrah Çelikel də matçı mərkəzi arenada canlı izləyənlərdən olub. Əmrah bəy oyunla bağlı verilən sualda ilk öncə azarkeş amilinə toxundu.” Oyunda komandaya o cür möhtəşəm dəstək verən azarkeşlərin sonda stadiondan məyus ayrılmasına çox üzüldüm. Hamı qələbəyə çox inanırdı.”
Bir çoxları kimi Əmrah bəy də Millimizin rəqibə boyun əymədiyini düşünür: ” Millimiz çox yaxşı mübarizə apardı. Rəqibə heç nə də uduzmadı. Sadəcə təcrübəsizlik Polşalıları sevindirdi. Mən də Polşalı azarkeşlərə yaxın sektorda oturmuşdum. Onların 1saat necə əzab çəkdiyini öz gözlərimlə gördüm”
Əlbəttə, milli ən çox oyunçu verən komandanın baş direktoru kimi fikrini öyrənməyə bilməzdik:” Zənnimcə, bütün komanda yaxşı görsəndi. Kapitanımız Aslan Kərimov meydanın ən yaxşılarından idi. Zənnimcə, Vaqif də pis çıxış etmədi. Düzdü, bəlkə verilən tapşırığın öhdəsindən tam gələ bilmədi. Lakin, onun gənc olduğunu nəzərə alsaq oyununu qənaətbəxş dəyərləndirə bilərik.”
Sonda Əmrah bəydən Qazaxıstanla matç haqqında fikirlərini öyərndik: ” Qələbə qazanacağımıza inanıram. Xüsusilə, sonuncu oyundakı mücadiləni sərgiləsək Qazaxıstandan qələbə ilə ayrılacağımıza əminəm.”