Əmrah Çəlikəl: Bizi daha çox üzən meydandankənar amillərdi (korner.az)

single-news
18 Mar 2010

Əmrah Çəlikəl: Bizi daha çox üzən meydandankənar amillərdi (korner.az)



“Qurban müəllimin oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı”


Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Xəzər Lənkəran” ��" “Qarabağ” oyununda baş verən hakim qərəziylə əlaqədar Ağdam klubunun direktoru Əmrah Çəlikəl klubun rəsmi saytına müsahibə verib. Onun bəzi maraqlı və diqqətçəkən fikirləri ilə sizi də tanış edirik:
* Bu oyun haqda saatlarla danışmaq olar. Hər halda 9 nəfərlə son saniyədə qol vursaydıq futbol tarixinə ən yüksək əzmkarlıq kimi daxil olardı. Amma istənilən halda komandayla qürur duyuram. “Qarabağ”ın əzmini, mücadilə istəyinə təkcə biz yox, bütün Azərbaycan şahid oldu. Amma, təəəssüflər olsun ki, oyunun hakimi “hakimiyyətin” əlində olmasından maksimum istifadə edərək sahədəki 11 nəfərimizdən daha güclü olması faktı bizi məyus etdi.
* Bizi daha çox üzən meydandankənar amillərdi. Ölkəmizin avrokuboklarda təmsil edəcək klubların müəyyənləşdiyi turnirdən biri olan kubok mücadiləsi hər zaman maraqlı və gərginliyi ilə maraq oyadıb. Amma təəssüflər olsun ki, bizim kuboka gedən yolumuz yaşıl meydandan kənarda gedən olayların təsiri ilə bağlanır. Bu amil istər-istəməz düşündürücüdü.
* İnşallah, ölkə kubokunu qazanacaq komanda ötən mövsüm “Qarabağ”ın avrokuboklardakı başarısını təkrarlayar. Hətta daha böyük uğurlara imza atmasından qürurlanar və 2 qat sevinərdik. Amma unutmamalıyıq ki, avrokuboklarda uğur qazanmaq üçün ölkəmizi təmsil edəcək komanda “Qarabağ” qədər güclü olmalıdı ki, ən azından komandamızın ötən ilki uğurlarını qazanmağı bacarsın.
* “Qarabağ”da Azərbaycan futbolunun gələcək futbol ulduzları cəmləşib. Bizim bu günki siyasətimiz uzun müddətli strategiyamızın uğurlu məhsuludu. Biz ötən il kuboku qazananda “alnımızın ağıyla” zirvəyə ucalmışdıq. Hər kəsə bəllidi ki, komandamız ölkəmizin ən gənc komandasıdı. Bu gənclərin əksəriyyəti hələ həyatın isti-soyuğuna düşməyib. Bu uşaqları belə sındırmaq lazım deyil. Axı, onların gələcəyi sadəcə futboldan ibarət deyil. Onları cəmiyyətimizə güclü şəxsiyyətlər kimi çıxarmaq üçün hər birimiz dəstək verməliyik. Amma Vüsalın hərəkətlərinin onların psixologiyasına mənfi təsir göstərməməsi mümkün deyil. Elnura verilən 2-ci sarı, Rəşada göstərilən qırmızı vərəqə...Hər kəs gördü ki, Vüsalın atdığı bu addımlar yanlış idi..Əgər hakim bir dəfə bu səhvi etsəydi insanlıq halına bağlaya bilərdik. Deyərdik ki, insandı, səhv edib. Amma ardıcıl verdiyi qərarlar göstərdi ki...
* Bizim fəlsəfəmizdə dürüstlük hər zaman ən önəmli prioritet olub. Bunu klubla bağlı danışdırdığınız istənilən insan qeyd edə bilər. Təbii ki, hər birimiz ailələrimizdən dürüstlüyün, vicdan kimi əxlaqi kriteriyalar baxımından nəsihətlər, öyüdlər almışıq. Amma dünən ekran başında oyunu izləyən, gələcəyin futbolçusu olmaq istəyən 5 yaşlı uşağın yadddaşına, psixologiyasına Vüsalın hərəkətləri heç də xoş şeylər vəd etməyəcək. Axı bu uşaq gələcəkdə hər kəsin mədh etdiyi futbolçuların sarı geyimli insan tərəfindən haqsızlığa uğramasından sonra necə futbolçu olmaq eşqiylə yanıb-alışacaq? İndi hansı övladının taleyini düşünən valideyn uşağını Əliyevin idarə edəcəyi yarışlarda iştirak etməyə imkan verər?
* Mən cox üzülürəm ki, mənim öz oğlum televiziyada “Xəzər Lənkəran” ��" “Qarabağ” oyununa baxırdı. Qurban müəllimin 7 yaşlı oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı. İndi biz övladlarımıza baş vermiş bu haqsızlığı necə başa salaq?
* Dünyada baş verən heç bir haqsızlıq cavabsız qalmır. Bu ölkədə futbolun inkişafı üçün bu qədər işlər görülür. İnanırıq ki, Vüsal Əliyevin qərəzli hakimliyi ilə bağlı lazımi tədbirlər görüləcək. Amma bu gün ölkədə futbola bu qədər sərmayə yatırılır. Hər kəsə bəllidir ki, bu yatırılan sərmayə qarşılığında sponsorlar bir qəpik belə qazanc götürmürlər. Bu qədər çəkilən xərcin üzərinə 2 qərəzli fitlə xətt çəkən hakimləri nəinki hakimlikdən silmək, eyni zamanda onlarla bağlı ciddi cinayət işi qaldırmaq lazım olduğunu fikirləşirəm.
* “Qarabağ” yüksək hədəfləri olan klubdu. Vüsal və vüsalkimilər bizi hədəfimizdən yayındıra bilməyəcəklər. Biz artıq PFL-ə rəsmi olaraq müraciət etmişik. PFL-in lazım olan tədbirləri görəcəyinə inanıram. Çempionatın və kubok uğrunda mücadilənin həlledici məqamında inanıram ki, onlar da belə səhvlərin bir daha təkrar olunmamasının tərəfdarıdı.
* “Qarabağ” Azərbaycanındı. Bizim yolumuz, cızdığımız siyasət hər kəsə bəllidi. Məqsədimiz Azərbaycanımıza yeni futbolçular yetişdirmək və bu yolla ölkə futboluna xidmət etməkdi. Biz bu yolumuzdan dönən deyilik. Əksinə tutduğumuz yolu daha da genişləndirmək niyyətindəyik. Növbəti mövsümdən etibarən komandamızın yaş həddini daha da azaltmaq niyyətindəyik. Bu məsələylə bağlı klub rəhbərliyi çərçivəsində görüşmələr olacaq. Səbəb isə çox sadədir. Klub rəhbərliyi xərc çəkərək 15-20 əcnəbi gətirəcək və Vüsal da 2 fitiylə min bir əziyyət çəkərək qazanılan pulların havaya sovrulmasına səbəb olacaq. Belə məqamda bu qədər xərc cəkməyin nə əhəmiyyəti var?
* Tək mən yox bütün Azərbaycan komandamızın necə əzmkarlıqla mübarizə apardığını gördü. Başda baş məşqçimiz Qurban Qurbanov olmaqla bütün komandamızı təbrik edirəm, onları bagrıma basıb, onlarla fəxr etdiyimi bir daha bəyan etmək istəyirəm. 9 nəfər qaldıqdan sonra ruhlarıyla, canlarıyla, son damlalarına qədər tək qapı futbol oynadılar. Təəssüf ki, Vüsal əngəlini aşa bilmədilər. Sağlıq olsun...
Biz tutduğumuz yolun düzgünlüyünə və başımızın hər zaman dik olduğuna əminik.

Paylaş

// pop up