Əmrah Çəlikəl: "Ən ideal variant axtarırıq" (FUTBOL+,26.12.2005)

single-news
26 Dek 2005

Əmrah Çəlikəl: "Ən ideal variant axtarırıq" (FUTBOL+,26.12.2005)



Qarabağ" yığmanın bazası olmayacaq Ötən həftə Elxan Abdullayevlə yollarını ayıran "Qarabağ" rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir. Həm yerli, həm də əcnəbi mütəxəssis variantını götür-qoy edən Ağdam klubunun rəsmiləri hələlik konkret fikrə gəlməyib. Hətta mümkün namizədlərin adları da bəllidi və seçimin məhz bu mütəxəssislər arasında aparılacağı güman olunur. Vaqif Sadıqov, Böyükağa Ağayev, Kazbek Tuayev, Şakir Qəribov, Əhməd Ələsgərov və türkiyəli Fuad Yamanın komandanın "sükanı arxası"na keçəcəyi istisna olunmur. Amma klubun baş direktoru Əmrah Çəlikəlin dediyinə görə, onlar seçimlərini hələ dəqiqləşdirməyib və nəzərdən keçirilən başqa variantlar da az deyil: "Axtarışlarımız hələ davam edir. Bütün mümkün variantlara baxırıq. Bir çox mütəxəssislərlə görüşlərimiz olacaq. Xaricdə də belələri var. Hələlik bu yöndə işlərimizi davam etdiririk". Əmrah bəy yerli mütəxəssislər arasında təyinatı ən real görünən Ağayevlə heç bir danışıq aparılmadığını deyir. O eyni zamanda Böyükağa bəyin Ağdam klubunun məşqlərini izləməsi haqda deyilənləri də təkzib etdi: "Böyükağa bəy bizim heç bir məşqimizdə iştirak etməyib. Lakin o da daxil olmaqla bütün yerli mütəxəssislərə böyük hörmətimiz var. Onların hər biriylə görüşəcəyik. Yəqin ki, razılaşacağımız təqdirdə bundan xəbər tutacaqsız". Çəlikəl Yamanla danışıq aparılmasını da təkzib etdi. Halbuki, hazırda Türkiyədə olduğu söylənilən klub prezidenti Abdulbari Gözəlin "Karvan"ın sabiq çalışdırıcısıyla görüşdüyü haqda xəbərlər dolaşır. Əlavə edim ki, Yamanın Yevlax klubundan ayrıldığı dövrdə də "Qarabağ"a keçməsi gündəmdə idi. Baş direktor isə razılıq əldə olunmadığını deyir:..

Paylaş