Əmrah Çəlikəl: “Futbolçularımızla gizli danışıq aparan klubların adlarını bilirik” (qol.az)

single-news
17 Dek 2009

Əmrah Çəlikəl: “Futbolçularımızla gizli danışıq aparan klubların adlarını bilirik” (qol.az)



“Əvvəllər olduğu kimi, yenə də bizim futbolçularla gizli danışıq aparan klublar var. Biz özümüz də həmin klubların adlarının bilirik. Bu haqda bizə elə futbolçularımızın özləri məlumat veriblər”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi bildirib ki, bəzi klublar “Qarabağ”ın futbolçularıyla gizli şəkildə danışıq aparsalar da, heç bir klubdan rəsmi təklif almayıblar: “Amma həmin klublar unudurlar ki, bizim heç bir futbolçunu buraxmaq fikrimiz yoxdur. “Qarabağ” qışda heç kimlə vidalaşmayacaq. Bütün oyunçularımızla ən azı mövsümün sonunadək müqaviləmiz var. Həm də digər klublar nədənsə, gizli danışıq aparmağa üstünlük verirlər. Çünki futbolçularımızın əksəriylə maraqlanan olsa da, heç bir klub bizə rəsmi təklif göndərməyib”.

Paylaş

// pop up