EMRAH ÇELİKEL: "PONOMARYOV AZƏRBAYCAN FUTBOLUNUN QAYMAĞIDIR" (FUTBOL+, 15.09.2005)

single-news
15 Sen 2005

EMRAH ÇELİKEL: "PONOMARYOV AZƏRBAYCAN FUTBOLUNUN QAYMAĞIDIR" (FUTBOL+, 15.09.2005)



ƏVVƏLİ ANA SƏHİFƏDƏ... Qarabağ. Məni bu kluba bağlayan həyatımdı. "Qarabağ"da işə təzə başladığım vaxtlar düşünürdüm ki, bu günə qədər ticarət departamentində çalışmışam, bundan sonra futbol sahəsində işləyərəm. Bu işi mənə tapşıranda ilk günlər bu fikirlə oturub-dururdum. Amma futbolun içinə girdikcə hər gün bir yenilik tapırsan. Çeşidli, macəra kimi bir şeydi. Futbolun ayrı bir dünya olması, "Qarabağ" adıyla əlaqəli olan mənəvi bağ, klub daxilindəki dostluqlar, qarşılıqlı hörmət və s. komandanı mənə daha da doğmalaşdırıb. İndi hiss edirəm ki, burdan ayrılmaq çox çətindi. Liderlik. Bu "Qarabağ"ın ən yaralı cəhətlərindəndi. Mövsümün gedişində 31-32 tur lider olan komanda son həlledici oyunlarda üstünlüyünü qoruya bilmir. Mən də bu xoşagəlməz halın neçənci dəfədi şahidi oluram. Bunu bəxtlə bağlamazdım. "Qarabağ"ın qara bəxti" kimi ifadələr işlədənlərə də çox rast gəldim. Xüsusilə komandayla bağlı çıxan söz-söhbətlərə heç inanmıram. Oyun alveri, futbolçuların məsuliyyətsizliyi haqda deyilənlər barədə düşünmək belə istəmirəm. Həqiqət olsa belə, yenə özümü günahkar sayıram. Əsas səbəb kimi yalnız texniki heyətin və futbolçuların tam motivasiya edilməməsini görürəm. Həqiqətən dəfələrlə eyni aqibəti yaşamağımız üzücüdü. Məşqçi. "Qarabağ"ın çalışdırıcısı bizim kimi gəncdi. Onun da futbolda özünü sübut etməyə ehtiyacı var. Azərbaycan futboluyla inkişaf etməsi onun daha böyük nəticələr qazanacağına təkan olacaq. Biz ona inanırıq. Xüsusilə özünü sübut etmək naminə ondan çox şey gözləyirik. Çünki o futbol içində böyüyüb. Atası Ruslan Abdullayev Azərbaycanın ən layiqli təmsilçilərindən olub. Məhz atasının layiqli davamçısı olmaq naminə o özünü sübut edəcək. Ortada gəzən söz-söhbətlərə gəlincə, bunlar hamısı dedi-qodudu. Bizim gündəmimizdə belə şeylər yoxdu. Neftçi. Hər zaman demişik və deyəcəyik, "Neftçi" bizim üçün nümunədi. Nailiyyətləri bizi də çox sevindirir. Kiçik qardaş isə həmişə böyüyün irəli getməsini istər. Moskvada Ermənistan klubun yenərkən flaqmanın uğuruna ən çox sevinənlərdən biri də mən idim. Klublarımız arasında münasibətlər də çox yaxşıdı. Nəvaxtsa çatışmazlıq olduqda vitse-prezidentləri Ramin Musayevlə əlaqə saxlayıb bir-birimizə yardımçı olmağa çalışırıq. Oyun alveri. Bunu Azərbaycan futbolunda gördüyüm ən böyük təhlükə hesab edirəm. Futbolçuların, məşqçilərin belə çirkin işə girişməsinin üstü mütləq açılmalıdı. Çünki bu gün o yolla Azərbaycanda hansısa uğur qazanmaq olar. Lakin sabah Avropa klublarıyla üz-üzə gəldikdə heç nə edə bilməyəcəksən. Bu fikri futbolla bağlı hər kəsin qəlbindən silmək lazımdı. Övlad. Bir övladım var. O da mənim kimi Türkiyədə anadan olmasına rəğmən, 4 ildi artıq burdadı. Üç aylığından Bakıya gətirmişik. Mən Türkiyədə təhsil almağıma baxmayaraq, dillərimizin yaxın olması səbəbindən azərbaycanca rahat başa düşsəm də, o sizin dildə məndən yaxşı danışır. Oğlumun da idmançı olmasını istərdim. Futbol, basketbol olmasının fərqi yoxdu. Əsas odu ki, idmançı ruhunda böyüsün. Ponomaryov. O Azərbaycan futbolunun qaymağıdı. Bizim ona böyük hörmətimiz var. Heç vaxt ona qarşı pis fikrim olmadı, bundan sonra da olmayacaq. Futbol naminə Ponomaryovdan çox şey öyrəndim. "Əmrah bəy Tahir Gözəllə Ponomaryovun arasını vurdu" kimi ifadələrlə çox rastlaşdım. Bunlar hamısı yalandı. Gəldiyi gündən gedənə qədər aramızda xoş münasibət oldu. Rəqibləri. Cari mövsümdə mübarizə aparan komandalar içərisində çox güclü rəqiblər var. "Qarabağ"ın ən çox mübarizə edən, yorulmaz və başabəla bir komanda kimi seçiləcəyinə inanıram. Demirəm ki, hamısından xal alacaq, udacaq. Sadəcə, hər bir oyunda sözünü deyən komanda olacağıq. İstəməzdim ki, rəqiblərimiz bizi zəif klub kimi qiymətləndirsin. Sayt. Bir qədər gec olsa da, bizim klubun saytının açılması sevindirici haldı. Bu gün sayt operativ olaraq üç dildə fəaliyyət göstərir. Bir çox agentliklərin "Qarabağ"ın veb saytından mənbə kimi istifadə etməsindən də xəbərdaram. Eyni zamanda günü-gündən yeniliklər tətbiq edilir, təzə xəbərlər yerləşdirilir. Şahin Diniyev. Onunla çox qısa bir zaman kəsiyində - üç ay birgə çalışdıq. O çox gözəl insandı. Bu fikrimi "filankəsin evi məscidin yanındadı, ona görə o yaxşı insandı" mənasında qəbul etməyin. Həyata yaxşı gözlə baxan, digərləri haqda pis düşünməyən, açıq qəlbli olduğundan onunla işləmək mənə zövq verirdi. "Qarabağ"ın bugünkü günə gəlib çatmasında onun böyük zəhməti var və bu haqqını heç vaxt yerə vurmaq olmaz. Türkiyə. Ölkələrimiz arasında münasibətlər heç vaxt pis olmayıb. Haqqımızda deyilən "bir millət iki dövlət" sözü əbəs yerə söylənməyib. Mən özümü daha çox azərbaycanlı kimi hiss edirəm. İki qardaş bir-birinə necə münasibət bəsləyirsə, Azərbaycanla Türkiyə də elədi. Amma təəssüf ki, bunu futbol sahəsindəki əlaqələrimizə aid etmək olmaz. Top oyunu sahəsindəki işbirliyimizi gücləndirsək, zənnimcə, uduzmarıq. Xəyanət. Kinli deyiləm. Xəyanətə məruz qaldığımı da düşünmürəm. Amma futbolda belə halla rastlaşsam, həm üzülərəm, həm də kinli olmamağıma rəğmən, niyə onu bağışlamalıyam? Azərbaycanda öyrəndim ki, mənəvi dəyərlərə çox böyük qiymət verirlər. Xəyanət hissi isə mənəvi dəyərlərin silinməsi, yox olması deməkdi. Belə fikirləşirəm ki, buna qarşı münasibətim yaxşı olmaz. Ulduz futbolçu. Bu gün çoxları deyir ki, ulduz futbolçu gətirməklə bu oyunun səviyyəsini qaldırmaq olar. Amma məncə, onu adına görə gətirməyin mənası olmaz. Ulduz futbolçunun hansısa klub tərəfindən transferi yalnız reklam xarakteri daşıyacaqsa, bunun nə anlamı var? Çünki futbol bir nəfərlə oynanılmır. Şəxsən mən "Qarabağ"a belə bir oyunçu gətirməkdənsə, cavan, gələcəyin ulduzu ola biləcək futbolçulara üstünlük verirəm. Ümid. Hər bir kəs ümidlə yaşayır. Mən də o cümlədən. Amma o boş ümid olmamalıdı. Məntiq və gerçəyə söykənməlidi. Voleybol. Bu idman növüylə məşğul olmasamv da, həm Türkiyədə, həm də Azərbaycanda qadın voleybolçularımızın qazandığı uğurlar məndə bu idman növünə sevgi yaradıb. Elə yəqin bu inkişafdan irəli gəlir ki, voleybol yığmalarımız arasında rəqabət də var. Azərbaycanda isə "Azərreyl"in son illərdəki uğurunu qeyd etməliyəm. İnşallah, "Azərreyl"in Avropada qazandığı uğurları "Qarabağ" da futbolda göstərər. Yığma. Gələcəyə ümidlə baxmaq üçün milli komandada çalışmaq lazımdı. Əlbəttə, biz istərdik ki, müstəqillik əldə etməsindən elə də böyük zaman keçməyən Azərbaycanın komandası Avropa çempionu olsun. Amma hazırda bu mümkünsüzdü. Əlbəttə, AFFA-nın inkişaf yönündə seçdiyi yol doğrudu. Bu yöndə hər birimiz federasiyaya dəstək olmalıyıq. İnkişafa kompleks şəklində nail ola bilsək, yığma da, elə klublar da lazımi nəticə qazana bilər. Zəif cəhəti. Bir az insanlara tez inanan adamam. Mənim özümdə ən çox gördüyüm əsas cəhətim hələ ki, budu. İlk təhsili Türkiyədə 5 il olub. Qəhrəmanımız həmin 5 ili atasının işləriylə əlaqədar 4 fərqli məkanda keçirib. İlk təhsilini qərarlaşdığı sonuncu - Namiq Kamal məktəbində bitirib. Orta təhsilini də həmin məktəbdə alıb. Həmin illərdə çox şıltaq, enerjili uşaq olduğundan valideynlərini dəfələrlə məktəbə çağırıblar. Amma bütün bu şıltaqlıqları uşaqlıqda qalıb. Ən pis alışqanlığı kimi siqaret çəkməyini qeyd edən həmsöhbətimiz buna da tələbəlik dövründə başladığını deyir.

Paylaş

// pop up