Əmrah Çəlikəl: “Qarabağ” “Brügge”dən qorxmur” (qol.az)

single-news
15 İyl 2011

Əmrah Çəlikəl: “Qarabağ” “Brügge”dən qorxmur” (qol.az)



“Qarabağ” rəhbərliyi püşkatmanın nəticəsinə münasibətini bildirib.

Qol,Az-ın müxbiri ilə söhbətində Ağdam klubunun direktoru Əmrah Çəlikəl Belçika “Brügge”sini keçmək iqtidarında olduqlarını bildirib.

Amma klub rəsmisi hazırda Farer adalarının “Streymur” klubu ilə oyunu düşündüklərini söyləyib: “Elə hazırda da biz Farer adalarından qayidirıq və indi Danimarkadayıq. Hələlik “Streymur”la oyunu düşünürük. Yalnız bu komandanı keçdikdən sonra məşqçi heyətimiz “Brügge” ilə bağlı lazımı məlumatları toplayıb, rəqibi təhlil edəcəklər”.

Çəlikəl üçüncü təsnifat mərhələsindəki rəqiblərinin gücünə baxmayaraq, Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək istədiklərini bildirib: “Brügge”nin güclü rəqib olduğunu hamı yaxşı bilir. Amma “Qarabağ” bu komandanı keçməyə qadirdir. İnşallah, “Streymur” səddini adladıqdan sonra “Brügge”ni keçmək üçün bütün lazımı tədbirlər görüləcək. “Qarabağ” “Brügge”dən qorxmur. Nə qədər güclü komanda olsa da, Azərbaycanı layiqincə təmsil edəcəyik”.

Paylaş

// pop up